İranın sabiq xarici işlər naziri Mənuçehr Möttəki ABŞ-yə qarşı sərt bəyanatla çıxış edib.
İNFOAZ.MEDİA xəbər verir ki, O bildirib ki, Vaşinqton quru əməliyyatı ilə bağlı ritorikadan istifadə etsə də, İranın real quru əməliyyatı imkanları mövcuddur.
Möttəkinin sözlərinə görə, İran və müttəfiqləri zərurət yaranacağı təqdirdə İraq, Küveyt və Bəhreyndə yerləşən ABŞ hərbi bazalarından birini ələ keçirə bilər.
“İraqda ABŞ bazalarına qarşı fəaliyyət göstərə biləcək qüvvələr var. Küveytdə də oxşar imkanlar mövcuddur. ABŞ bazalarından birinin ələ keçirilməsi, 200 hərbçinin əsir götürülməsi həmin bazanın işğalı Amerikanı tamamilə çıxılmaz vəziyyətə salar və müharibəni davam etdirmək imkanını əlindən alar”, – deyə o vurğulayıb.
Möttəkinin bu açıqlamaları Yaxın Şərqdə gərginliyin davam etdiyi bir dövrdə səsləndirilib. ABŞ və ya adıçəkilən ölkələr tərəfindən bəyanata hələlik rəsmi münasibət bildirilməyib.
Rauf
























