İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai İran və ABŞ arasında yaxın günlər üçün heç bir görüşün planlaşdırılmadığını bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Bəqai qeyd edib ki, İran tərəfi ABŞ nümayəndələri ilə heç bir səviyyədə görüş nəzərdə tutmayıb və buna görə də ləğv ediləcək hər hansı görüş mövcud deyil.
Onun sözlərinə görə, sabah Doha şəhərində keçirilməsi gözlənilən təmaslar Qətər tərəfi ilə olacaq və memorandumun müəyyən müddəalarının icrası müzakirə ediləcək.
Sözçü bildirib ki, gündəmdə olan məsələlərdən biri də İranın məhdudlaşdırılmış maliyyə aktivlərinin azad edilməsi ilə bağlı müddəadır.
Bəqai əlavə edib ki, yaxın günlər üçün ABŞ tərəfi ilə heç bir səviyyədə görüş nəzərdə tutulmayıb.
Jalə
























