image-1784063245_6a56a50dcb79fbackend

İran sahillərində yük gəmisi batdı: səbəblə bağlı ziddiyyətli məlumatlar yayılıb

Sent-Kits və Nevis bayrağı altında üzən, Türkiyənin Lora Shipping şirkətinə məxsus LUNI adlı yük gəmisi İranın Bəndər-Abbas limanı yaxınlığında qismən batıb.

İNFOAZ.MEDİA xəbər verir ki, gəmi su qəbul etdikdən sonra iki hissəyə ayrılıb və sonda batıb.

Hadisənin başvermə səbəbi ilə bağlı isə ziddiyyətli məlumatlar yayılıb. Bir versiyaya görə, LUNI başqa bir gəmi ilə toqquşub. Digər məlumata əsasən isə gəmi dənizdə sürüklənən mina ilə toqquşduğu üçün zədələnib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki