image-5724678backend

İran rəsmisi: ABŞ hücum edərsə, bölgədəki bazalar vurulacaq

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ-ı İrana qarşı mümkün hərbi əməliyyatların nəticələri ilə bağlı xəbərdar edib.

İNFOAZ.MEDİA xəbər verir ki, o, bildirib ki, əgər Vaşinqton İrana hücum edərsə, Tehran bölgədəki ABŞ hərbi bazalarını hədəf alacaq. Laricani vurğulayıb ki, danışıqlar yalnız nüvə proqramı ilə bağlıdır və İranın raket proqramı müzakirə mövzusu deyil.

Qətərin vasitəçilik rolunu müsbət qiymətləndirən rəsmi qeyd edib ki, zənginləşdirmənin tam dayandırılması gündəmdə deyil. O, həmçinin İsraili danışıqları pozmağa və regionda gərginliyi artırmağa çalışmaqda ittiham edib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki