İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından keçməyə çalışan Tayland bayrağı altında üzən gəmiyə xəbərdarlıq atəşi açıb.
İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə İranın Tasnim agentliyi məlumat yayıb.
Məlumata görə, gəmi İran tərəfinin xəbərdarlıqlarına məhəl qoymayaraq və lazımi icazə almadan boğazdan keçməyə cəhd edib. Bundan sonra SEPAH Hərbi Dəniz Qüvvələri gəmiyə xəbərdarlıq məqsədilə atəş açıb.
Rauf
























