İran Ordusu Hərbi Dəniz Qüvvələrinin baş komandanı kontr-admiral Şahram İrani bildirib ki, ölkənin Hərbi Dəniz Qüvvələri sularda düşmənlərin bütün hərəkətlərini daim izləyir.
İNFOAZ.MEDİA xəbər verir ki, o, İranın dəniz müdafiəsi və iqtisadi təhlükəsizliyinin təmin olunmasının əsas prioritet olduğunu vurğulayıb.
İrani qeyd edib ki, İran Hərbi Dəniz Qüvvələri beynəlxalq arenada təsirli fiqurdur, dəniz təlimlərində iştirak edir və dəniz müdafiə diplomatiyasında fəaldır.
O, həmçinin yerli mühəndislərin istehsal etdiyi sualtı qayıq və mürəkkəb dəniz avadanlıqlarının ölkənin çəkindirmə qabiliyyətini artırdığını bildirib.
Rauf
























