image-1782556675_17825516045100049439_1200x630backend

İngiltərə, Portuqaliya və Argentina meydana çıxır

Futbol üzrə dünya çempionatının qrup mərhələsində daha altı qarşılaşma baş tutacaq.

L qrupunda Xorvatiya Qana ilə, Panama isə İngiltərə ilə üz-üzə gələcək. Oyunlar Bakı vaxtı ilə 01:00-da başlayacaq.

Saat 03:30-da K qrupunda Kolumbiya Portuqaliya ilə münasibətlərinə aydınlıq gətirəcək. Günün digər görüşündə Konqo Demokratik Respublikası Özbəkistanı sınağa çəkəcək.

Saat 06:00-da J qrupunda isə Əlcəzair Avstriya ilə qarşılaşacaq. Qrupun digər matçında İordaniya Argentina ilə münasibətlərinə aydınlıq gətirəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki