image-1685534568_1685215772_1685043238_photo_2023-05-25_21-19-05backend

İçkilərin plastik butulkalarda satışı qadağan ediləcək – BU ÖLKƏDƏ

Gürcüstan gələn ilin fevralından etibarən daxili bazarda əksər içkilərin plastik butulkalarda satışını qadağan edəcək. Bu addım plastik tullantılarla mübarizə və ekoloji cəhətdən təmiz qablaşdırmaya keçid məqsədini daşıyır.

İNFOAZ.MEDİA xəbər verir ki, Solomon Pavliaşvili bildirib ki, qaydalar istehsalçılar, idxalçılar və pərakəndə satış şirkətləri üçün mərhələli şəkildə tətbiq olunacaq və demək olar ki, bütün plastik qablaşdırılmış içkiləri əhatə edəcək. Lakin qadağa yeməli yağlar, 10 litrdən çox içməli su və ixrac üçün nəzərdə tutulmuş məhsullara şamil olunmayacaq.

Gürcüstan hakimiyyəti istehsalçıların alternativ qablaşdırmalara – şüşə, alüminium və təkrar istifadə edilə bilən qablara – tədricən keçəcəyini gözləyir.

Bu tədbir ölkənin anti-plastik siyasətinin davamıdır: 1 yanvardan daxili bazar üçün birdəfəlik plastik məhsulların istehsalı qadağan edilib. Növbəti mərhələlərdə dövlət qurumları və xidmət sektoru üçün plastik stəkan, qab və butulkaların istifadəsi də məhdudlaşdırılacaq.

Əvvəllər bildirildiyi kimi, Gürcüstan altı ildən yuxarı avtomobillərin idxalını da qadağan etməyi planlaşdırır, məqsəd ətraf mühitin qorunması və vətəndaşların sağlamlığının təmin edilməsidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki