Yəməndə fəaliyyət göstərən husilər Səudiyyə Ərəbistanına məxsus hərbi təyyarələrin İranın mülki təyyarəsinin Sənaya enişinə mane olmağa çalışdığını iddia edib.
İNFOAZ.MEDİA xəbər verir ki, husilərin yaydığı bəyanata görə, onların qüvvələri Səudiyyə Ərəbistanına məxsus hərbi təyyarələri Yəmən hava məkanını tərk etməyə məcbur edib.
Qruplaşma həmçinin xəbərdarlıq edərək bildirib ki, gələcəkdə Səudiyyə Ərəbistanı tərəfindən oxşar addımlar atılacağı təqdirdə, krallığın hava limanları və digər həyati əhəmiyyətli obyektləri hədəfə alınacaq.
Rauf
























