Yəməndə fəaliyyət göstərən husilər Səudiyyə Ərəbistanını Səna Beynəlxalq Hava Limanına hava zərbələri endirməkdə ittiham ediblər.
İNFOAZ.MEDİA xəbər verir ki, onların açıqlamasına görə, hücumlara cavab olaraq raket və pilotsuz uçuş aparatları ilə Abha Beynəlxalq Hava Limanı hədəfə alınıb.
Husilər həmçinin aviaşirkətlərə Səudiyyə Ərəbistanının hava məkanından istifadə etməmələri barədə xəbərdarlıq edərək, Səna hava limanına tətbiq olunan blokada aradan qaldırılana qədər bu məkanın təhlükəsiz olmadığını bildiriblər.
Qruplaşma İrana humanitar reyslərin həyata keçirilməsinə verdiyi dəstəyə görə təşəkkür edib və Səna hava limanına tətbiq olunan blokada ləğv edilənədək hərbi əməliyyatları davam etdirəcəklərini bəyan edib.
Jalə
























