Hizbullah İran İslam İnqilabının 47-ci ildönümü münasibətilə yaydığı bəyanatda ölkənin dözümlülüyünü yüksək qiymətləndirib və Qərb ilə İsrailin İranı zəiflətməyə yönəlmiş uzunmüddətli siyasətini pisləyib.
İNFOAZ.MEDİA xəbər verir ki, bəyanatda bildirilib ki, 11 fevral 1979-cu il inqilabından sonra ABŞ, Qərb ölkələri və İsrailin İranı təcrid və devirmək cəhdləri uğursuz olub. Hizbullah İranın son beş onillikdə əldə etdiyi inkişafı bu planların iflası kimi dəyərləndirib.
Hərəkat həmçinin Ayətullah Seyid Əli Xameneiyə, İran rəhbərliyinə və xalqına təbriklərini çatdırıb.
Rauf
























