image-5897822backend

Hərbi Hava Qüvvələrimiz ən yüksək hazırlıq vəziyyətindədir – Bəhmən Behmərd

İran Ordusu Hərbi Hava Qüvvələrinin komandanı, briqada generalı Bəhmən Behmərd bildirib ki, qüvvələr tam döyüş hazırlığı vəziyyətindədir və istənilən təcavüz aktına qətiyyətli cavab veriləcək.

İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə o, Tehranda xarici hərbi attaşelərlə görüşdə çıxışı zamanı danışıb. Behmərd İsrail və ABŞ ilə bağlı yaşanan 12 günlük müharibədən əldə olunan təcrübələrin Hərbi Hava Qüvvələrinin döyüş qabiliyyətinin müasir təhdidlərə uyğunlaşdırılmasına mühüm töhfə verdiyini vurğulayıb.

Onun sözlərinə görə, İran müharibə axtarmır, lakin istənilən hücuma qarşı qəti mövqe nümayiş etdirəcək. General həmçinin pilotsuz uçuş aparatları sahəsində İran Hərbi Hava Qüvvələrinin yüksək hazırlıq səviyyəsində olduğunu bildirib.

Behmərd qeyd edib ki, dronlar və pilotlu təyyarələrlə hava patrulları fasiləsiz davam edir və İranın hava məkanı daim nəzarətdə saxlanılır.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki