Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb.
İNFOAZ.MEDİA xəbər verir ki,telefon danışığı zamanı Hakan Fidan Türkiyənin hava məkanına doğru istiqamət aldığı müəyyən edilərək zərərsizləşdirilən ballistik raketlə bağlı narazılığını qarşı tərəfin diqqətinə çatdırıb.
O, eyni zamanda münaqişənin daha da genişlənməsinə səbəb ola biləcək hər hansı addımlardan uzaq durmağın vacibliyini vurğulayıb.
EMİN
İNFOAZ.MEDİA
























