hakan fidanbackend

Hakan Fidan: Türkiyəyə silah satışının məhdudlaşdırılması izaholunmazdır

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-ın Türkiyəyə silah satışına tətbiq etdiyi məhdudiyyətləri tənqid edərək bunun məntiqli əsasının olmadığını bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Fidan qeyd edib ki, ABŞ NATO üzvü olmayan və Vaşinqtonla Türkiyə qədər geniş strateji əlaqələrə malik olmayan bir çox ölkəyə böyük həcmdə silah və sursat satır.

Nazirin sözlərinə görə, bu şəraitdə Türkiyəyə analoji silah satışının məhdudlaşdırılması Tramp administrasiyasının baxış bucağından belə izah edilə biləcək qərar deyil.

Fidan vurğulayıb ki, Ankara ilə Vaşinqton arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın qarşılıqlı maraqlar əsasında inkişaf etdirilməsi vacibdir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki