Hakan Fidanbackend

Hakan Fidan: “Hər iki tərəf psixoloji olaraq atəşkəsə hazırlaşır”

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya-Ukrayna müharibəsi ilə bağlı nikbin mesaj verib.

İNFOAZ.MEDİA xəbər verir ki, Fidan bildirib ki, indiyədək bütün vasitələrdən istifadə olunduqdan sonra həm Rusiya, həm də Ukraynanın psixoloji baxımdan atəşkəsə hazırlaşdığı müşahidə edilir.

“Adətən deyirlər ki, gecənin ən qaranlıq anı sübhə ən yaxın olan vaxtdır. Biz inanmaq istəyirik ki, müharibədə yaşadığımız bu dağıdıcı dövr yaxınlaşan sülhün və atəşkəsin müjdəçisidir”, – deyə Hakan Fidan bildirib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki