Hakan Fidanbackend

Hakan Fidan: Ərdoğan və Tramp CAATSA sanksiyalarının ləğvinə sadiqdir

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp CAATSA sanksiyalarının aradan qaldırılması məsələsində ortaq iradə nümayiş etdirirlər.

İNFOAZ.MEDİA xəbər verir ki, Fidanın sözlərinə görə, ötən ilin sentyabr ayında hər iki lider bu məsələ ilə bağlı mövqelərini açıq şəkildə ifadə edib və daha sonra xarici işlər nazirlərinə problemin həlli istiqamətində işləmək tapşırığı veriblər.

Nazir qeyd edib ki, Ankara və Vaşinqton arasında CAATSA sanksiyalarının aradan qaldırılması istiqamətində danışıqlar davam edir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki