image-whatsapp_image_2026_07_17_at_020603_1784263963backend

Günay Malikqızı da səlahiyyətli nümayəndəlikdəki vəzifəsindən ayrıldı

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyində fəaliyyət göstərən daha bir tanınmış şəxs vəzifəsindən ayrılıb.

Jurnalist Günay Malikqızı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyində tutduğu vəzifədən ayrılıb. Onun vəzifədən azad edilməsi ilə bağlı əmr bu günlərdə imzalanıb.

Bildirək ki, Günay Malikqızı Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikası üzrə səlahiyyətli nümayəndəliyində media və televiziya sahəsinə rəhbərlik edib.

Günay Malikqızı açıqlamasında məlumatı saytımıza təsdiq edib.

Xatırladaq ki, Günay Malikqızının həyat yoldaşı da bir müddət əvvəl Bakıda vəzifəyə təyin edilib.

Qeyd edək ki, ötən gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyində çalışan bir neçə vəzifəli şəxs rəhbərliyə etiraz edərək vəzifələrindən ayrıldıqları barədə məlumat yayımlamışdıq.// manset.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki