image-1770920490_1763653298_qeza_gece_1770916149backend

Gecə saatlarında ağır qəza – ÖLƏN VAR

Bərdə rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

İNFOAZ.MEDİA Report-a istinadən xəbər verir ki, hadisə Yevlax-Bərdə magistral yolunun rayonun Gərənə kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil “VAZ 2106” markalı maşınla toqquşub. Nəticədə iki nəfər hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki