image-20241007_gaf_u39_1057backend

Fransada fırtına səbəbindən təxminən 850 min ev elektriksiz qaldı

Fransanın cənub-qərbində “Nils” fırtınası səbəbindən təxminən 850.000 ev elektriksiz qalıb.

İNFOAZ.MEDİA xəbər verir ki, fırtına güclü külək, daşqın və qar uçqunu riski ilə müşayiət olunur.

Bu səbəbdən dörd departamentdə qırmızı həyəcan siqnalı verilib, ölkənin digər 32 departamentində isə narıncı xəbərdarlıq qüvvədədir.

Yerli hakimiyyət orqanları və xilasedicilər əhaliyə diqqətli olmağı, təhlükəsiz ərazilərə yönəlməyi tövsiyə edirlər.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki