Fransanın Konstitusiya Şurası 15 yaşdan aşağı şəxslərin sosial media platformalarından istifadəsini qadağan edən qanunu bloklayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Məhkəmə hesab edib ki, qanun yetkinlik yaşına çatmayanların ifadə və ünsiyyət azadlığını qeyri-mütənasib şəkildə məhdudlaşdırır. Həmçinin istifadəçilərin yaşının yoxlanılması ilə bağlı kifayət qədər hüquqi təminatların olmadığını və şəxsi həyatın toxunulmazlığı ilə bağlı problemlər yarandığını bildirib.
Qanun sentyabrın 1-dən qüvvəyə minməli idi və sosial media platformalarından 15 yaşdan aşağı istifadəçilərin hesablarını bağlamaları, həmçinin yaş yoxlaması tətbiq etmələri tələb olunurdu.
Prezident Emmanuel Makron hökumətə qanun layihəsini Konstitusiya Şurasının iradlarını nəzərə alaraq yenidən hazırlamağı tapşırıb.
Rauf
























