Fransa uzun müddətdir davam edən etiraz mövqeyini yumşaldaraq, Fransa-İtaliya birgə istehsalı olan SAMP/T hava hücumundan müdafiə sisteminin Türkiyəyə satışı ilə bağlı ilkin danışıqların irəliləməsinə imkan verib.
İNFOAZ.MEDİA xəbər verir ki, reuters-in məlumatına görə, mümkün razılaşma hələ ilkin mərhələdədir və yekun təsdiqin verilməsi üçün Yunanıstanın narahatlıqlarının da nəzərə alınması tələb oluna bilər.
Məlumata əsasən, tərəflər arasında danışıqlar davam etsə də, satışın reallaşması üçün bir sıra siyasi və diplomatik məsələlərin həll edilməsi vacib hesab olunur.
Jalə
























