ABŞ-ın məşhur “Fox News” telekanalı vitse-prezident Vensin Azərbaycana səfəri ilə bağlı yayımladığı material səbəbindən erməni ictimaiyyətində narazılıq yaranıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Vensin Ermənistan səfəri zamanı qondarma “soyqırımı abidəsi”ni ziyarət etməsi ilə bağlı kanalın sosial şəbəkə hesablarında heç bir paylaşım edilməyib.
Bunun əksinə olaraq, Vensin dünən Azərbaycana səfəri çərçivəsində Şəhidlər xiyabanını ziyarət etməsi ilə bağlı görüntülər “Fox News” tərəfindən yayımlanıb. Sözügedən video erməni auditoriyası arasında narazılıq və xaos yaradıb.
Qeyd edək ki, Fox News ABŞ-da geniş auditoriyaya malik olmaqla yanaşı, beynəlxalq siyasi proseslərə dair reportaj və analizləri ilə tanınır Kanalın rəsmi instagram səhifəsində 11 milyondan çox izləyicisinin olması isə yayılan materialların qısa zamanda böyük auditoriyaya çatdığını göstərir.
Orxan Məhərrəmov
Посмотреть эту публикацию в Instagram
























