image-66574aa0becd066574aa0becd1171699676866574aa0becce66574aa0beccfbackend

Fitso: Ukrayna müharibəsinin hərbi həlli yoxdur, çıxış yolu danışıqlardır

Slovakiyanın baş naziri Robert Fitso Ukrayna ilə bağlı açıqlamasında diplomatik həll yollarının vacibliyini vurğulayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Fitso bildirib ki, Slovakiya hökuməti hər zaman daha çox diplomatiyanın tərəfdarı olub və son müzakirələrə əsasən, Avropa İttifaqı üzvü olan daha çox ölkə bu yanaşmanın üstünlüklərini görməyə başlayır.

Baş nazirin sözlərinə görə, Avropa İttifaqı sülh təşəbbüslərini dəstəkləməlidir.

Fitso qeyd edib ki, davam edən dağıdıcı müharibənin hərbi həlli yoxdur və onun yalnız danışıqlar masası arxasında dayandırılması mümkündür.

O əlavə edib ki, sülhün daha tez əldə olunması daha az dağıntı deməkdir, daha az dağıntı isə sonrakı bərpa prosesini asanlaşdıracaq.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki