image-mixail-fedorovbackend

Fedorov: “Mask Starlink-i ruslar üçün bağlamağa razı oldu”

Ukraynanın keçmiş müdafiə naziri Fedorov bildirib ki, Rusiya ordusunun Starlink sistemi ilə təchiz edilmiş ilk “Şahed” pilotsuz uçuş aparatının Kiyev üzərində görünməsi Ukrayna üçün ciddi təhlükə yaradıb.

İNFOAZ.MEDİA xəbər verir ki, onun sözlərinə görə, belə dronlar radioelektron mübarizə vasitələri ilə sıradan çıxarıla bilmədiyi üçün uçuş trayektoriyasını dəyişərək “Patriot” hava hücumundan müdafiə sistemlərini, F-16 qırıcılarını və digər mühüm hərbi obyektləri hədəfə ala bilərdi.

Fedorov qeyd edib ki, həmin vaxt ruslar üçün Starlink xidmətinin dayandırılmasına nail olmaq ehtimalı cəmi 1 faiz idi.

“İlon dedi: ‘Gəlin sadəcə videobağlantı ilə danışaq’. Bu, bizim ilk videodanışığımız idi. Söhbətin sonunda o dedi: ‘Yaxşı, bunu edəcəyəm'”, – deyə keçmiş nazir bildirib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki