İtaliyanın baş naziri Ciorcia Meloni Rusiyanın Avropaya qarşı təxribatlarının Ukraynadakı müharibənin gedişindən diqqəti yayındırmaq məqsədi daşıdığını bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Meloninin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin yeni düşmən axtarır və bu düşmən Avropa ola bilər.
O, Avropanı ayıq-sayıq olmağa, vəziyyəti izləməyə və mövcud tədbirləri davam etdirməyə çağırıb.
“Lakin mən Putinə belə bir üstünlük qazandırmağın tərəfdarı deyiləm. Hesab edirəm ki, xüsusilə indiki məqamda soyuqqanlı davranmalıyıq”, – deyə Meloni vurğulayıb.
Jalə
























