image-5945264662691647631backend

Maskın Starlink sürət məhdudiyyəti Ukraynanın hücum və müdafiə imkanlarını zəiflədir

İlon Maskın “SpaceX” şirkətinin Starlink peyk rabitə sisteminə tətbiq etdiyi yeni sürət məhdudiyyətləri Ukrayna ordusunun pilotsuz uçuş aparatlarından istifadə imkanlarına mənfi təsir göstərib.

İNFOAZ.MEDİA xəbər verir ki, “Clash Report”un məlumatına görə, məhdudiyyətlər Ukrayna hərbçilərinin Rusiyanın nəzarətində olan ərazilərdə hədəflərə zərbələr endirmək üçün istifadə etdiyi orta mənzilli dronların fəaliyyətini çətinləşdirir. Həmçinin Starlink-dən istifadə edən ələkeçirici dronların Rusiya pilotsuz aparatlarına qarşı əməliyyatları da təsirlənib.

Məlumata əsasən, rabitədə yaranan fasilələr səbəbindən Ukrayna hərbçiləri bəzi dron əməliyyatlarını ləğv etmək məcburiyyətində qalıblar. Ukrayna tərəfi məhdudiyyətlərin əvvəlcədən xəbərdarlıq edilmədən tətbiq olunduğunu bildirib.

Məhdudiyyətlərin səbəbi hələlik məlum deyil. Hadisənin ABŞ-ın Ukraynaya təzyiqləri ilə əlaqəli ola biləcəyi ehtimal edilsə də, bu barədə rəsmi təsdiq yoxdur.

Jalə

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki