NATO-nun baş katibi Mark Rutte Alyansın ABŞ-ın müdafiəsində də mühüm rol oynadığını bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, O qeyd edib ki, NATO Rusiyanın nüvə sualtı qayıqlarından qaynaqlanan təhdidlərə qarşı ABŞ-ın təhlükəsizliyinin təmin olunmasına kömək edir.
“Unutmayın ki, NATO ABŞ-ın müdafiəsi üçün də həyati əhəmiyyət daşıyır. Biz transatlantik məkanın, Avro-Atlantik regionun, Arktikanın şimal hissəsinin və Avropanın təhlükəsizliyini təmin edirik. Bütün bunlar ABŞ-ın da maraqlarına xidmət edir”, – deyə Rutte vurğulayıb.
Jalə
























