Husilərbackend

Husilər Çin istehsalı olan hissələrlə ballistik raketlər hazırlamağa çalışır

Yəməndə fəaliyyət göstərən husilər Çindən tədarük edilən komponentlərdən istifadə etməklə qabaqcıl orta mənzilli ballistik raketlər istehsal etməyə çalışırlar.

İNFOAZ.MEDİA-nın “The Wall Street Journal”a istinadən yaydığı məlumata görə, husilərin hazırlamaq istədiyi raket İranın “Xeybər Şekan” dəqiq idarə olunan raketinin modelinə əsaslanır.

Məlumata əsasən, raketin ehtimal olunan mənzili təxminən 1 900 kilometr ola bilər. Bu isə Səudiyyə Ərəbistanının və İsrailin potensial hədəflər sırasına daxil olması deməkdir.

Araşdırmaçılar ələ keçirilmiş yük partiyalarında raket istehsalı üçün nəzərdə tutulan metal hissələr, mühərrik komponentləri, istehsal alətləri və sınaq avadanlıqları aşkar ediblər. Bununla belə, husilərin raket istehsalını nə dərəcədə irəlilətdiyi hələ dəqiq məlum deyil.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki