NATO-nun baş katibi Mark Rutte Avropa İttifaqının vahid hərbi qüvvə yaratması ideyasına münasibət bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Rutte qeyd edib ki, o, Avropa ordusunun yaradılmasına qarşı deyil, lakin bunun mövcud milli ordulara əlavə olaraq formalaşdırılmasını məqsədəuyğun hesab etmir. Onun sözlərinə görə, bu, hərbi idarəetməni daha mürəkkəb edə bilər.
“Suverenlik baxımından da bunun baş verəcəyini düşünmürəm. NATO-da mövcud komandanlıq və idarəetmə strukturu nəzərə alınarsa, ayrıca Avropa ordusunun yaradılmasına ehtiyac yoxdur”, – deyə Rutte vurğulayıb.
Rauf
























