Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinə qarşı səsləndirilən ittihamlara münasibət bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Ərdoğan çıxışı zamanı qeyd edib ki, Qəzzada on minlərlə insanın həyatını itirdiyi bir dövrdə Türkiyəyə qarşı yönələn ittihamlara əhəmiyyət vermədiklərini bildirib. O, çıxışında bu ittihamların diqqəti bölgədə baş verən hadisələrdən yayındırmaq məqsədi daşıdığını iddia edib.
Türkiyə lideri əlavə edib ki, ölkəsinin tarixində soyqırımı, qətliamlar, zülm və müstəmləkəçilik olmadığını düşünür.
Prezidentin sözlərinə görə, Türkiyənin minillik tarixi boyunca əsas dəyərlər ədalət və mərhəmət olub.
Jalə
























