Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Fələstin və Livandakı siyasətini sərt şəkildə tənqid edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Ərdoğan bildirib ki, Fələstində milyonlarla insan son dərəcə ağır şəraitdə, ən əsas ehtiyaclardan məhrum vəziyyətdə yaşamaq uğrunda mübarizə aparır. O, Livanda isə İsrail hökumətinin hücumları nəticəsində 1,3 milyon insanın evlərini tərk etmək məcburiyyətində qaldığını, 4 mindən çox şəxsin öldüyünü və 12 mindən çox livanlının yaralandığını iddia edib.
Türkiyə lideri İsrail hökumətini regionda sabitliyi pozmaq üçün müxtəlif təxribatlara əl atmaqda ittiham edib.
Ərdoğan həmçinin sionizmi “radikal, işğalçı və soyqırımçı ideologiya” adlandıraraq onun yalnız qonşu ölkələrin deyil, regional sülhü və humanitar dəyərləri müdafiə edən insanların da hədəfində olduğunu bildirib.
O qeyd edib ki, Türkiyənin sionizmin genişlənmə ambisiyalarına diqqət çəkməsi yalnız öz maraqları ilə bağlı deyil, region xalqlarının və “insanlıq cəbhəsinin” adından çıxış etmək məqsədi daşıyır.
Rauf
























