Abbas Əraqçibackend

Əraqçi: İranın parçalanması planlaşdırılırdı, Türkiyə bunun qarşısının alınmasında rol oynadı

İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinə qarşı İranın parçalanmasını hədəfləyən planların hazırlandığını iddia edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Əraqçinin sözlərinə görə, müharibənin dördüncü günü ABŞ prezidenti Donald Tramp İraq Kürdüstan Regionunun bir sıra rəhbərləri ilə telefon danışığı aparıb. Nazir bildirib ki, bundan sonra o, İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani ilə əlaqə saxlayaraq xəbərdarlıq edib ki, əgər İraq Kürdüstanı ərazisindən İrana qarşı ən kiçik təhdid olarsa, Tehran dərhal cavab verəcək.

Onun sözlərinə görə, Sudani və regional rəhbərlik belə bir addıma imkan verməyəcəklərinə dair zəmanət veriblər.

Əraqçi əlavə edib ki, Türkiyə də bu prosesdə mühüm rol oynayıb, ABŞ ilə danışıqlar aparıb və qəti mövqe sərgiləyib. O bildirib ki, bütün bu səylər nəticəsində iddia olunan plan həyata keçməyib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki