Amerikalı maliyyəçi Ceffri Epşteynin meyitinin yarılmasında iştirak edən patoloq Michael Baden onun ölümünün qətl ola biləcəyini bildirib.
İNFOAZ.MEDİA yazır ki, Baden iş üzrə yeni araşdırma aparılmasını tələb edib. Halbuki, New York City Office of Chief Medical Examiner 2019-cu ildə Epşteynin həbsdə olarkən intihar etdiyi qənaətinə gəlmişdi.
Epşteynin ailəsinin müraciətindən sonra materialları yenidən nəzərdən keçirən Baden bildirib ki, mövcud autopsiya hesabatı və indiyədək toplanmış məlumatlar ölüm səbəbi ilə bağlı qəti nəticə çıxarmaq üçün kifayət deyil. O, əlavə araşdırmaya ehtiyac olduğunu vurğulayıb.
Qeyd edək ki, Baden yarılmanı şəxsən aparmayıb, ailə adından müşahidəçi qismində iştirak edib.
Jalə
























