image-4675881backend

Əbdül-Məlik əl-Husi Səudiyyə Ərəbistanını hədələdi: “Sənanı vursanız, Ər-Riyadı vuracağıq”

Yəməndə husilərin lideri Əbdül-Məlik əl-Husi Səudiyyə Ərəbistanını sərt tənqid edib və qarşılıqlı zərbələr endiriləcəyi ilə hədələyib.

İNFOAZ.MEDİA xəbər verir ki, Əl-Husi bildirib ki, Səudiyyə Ərəbistanı heç bir əsas olmadan Səna hava limanına hücum edib. Onun sözlərinə görə, husilər Səudiyyə Ərəbistanına qarşı heç bir addım atmadığı halda, ölkə Yəmənə qarşı hərbi əməliyyatlara başlayıb.

“Əsl tənlik budur: Səna vurularsa, biz də Ər-Riyadı vuracağıq. Limanlarımız hədəfə alınarsa, onların limanlarını hədəfə alacağıq. Əgər bizi blokadaya alsanız, biz də sizi blokadaya alacağıq”, – deyə husi lideri vurğulayıb.

Əl-Husi həmçinin Səudiyyə Ərəbistanını Yəməni blokadaya almaqda, ölkə əhalisini aclığa məhkum etməkdə və neft-qaz sərvətlərindən istifadə etməsinə mane olmaqda ittiham edib.

O qeyd edib ki, bundan sonra Səudiyyə Ərəbistanının hər hansı hücumu cavabsız qalmayacaq və rəsmi Ər-Riyadı “təcavüzkar” adlandırıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki