image-225-r7cb20gj5ezi68a758miul6061nu0plo6h5wwklisebackend

Düşmənin hər hansı bir səhvi görünməmiş cavab almağa səbəb olacaq – Əmir Hatəmi

İran Ordusunun baş komandanı, general-mayor Əmir Hatəmi bildirib ki, İran Ordusu tam döyüş hazırlığı vəziyyətindədir və düşmənin istənilən səhvinə misli görünməmiş cavab veriləcək.

İNFOAZ.MEDİA-nın xəbərinə görə, Hatəmi qeyd edib ki, müdafiə və diplomatiya İranın müstəqilliyinin, ərazi bütövlüyünün və regional təhlükəsizliyin qorunması üçün vahid cəbhədir.

Onun sözlərinə görə, Ordu bu missiyanı hərbi güclə, Xarici İşlər Nazirliyi isə diplomatik vasitələrlə həyata keçirir və bu sahələr arasında tam koordinasiya mövcuddur.

Hatəmi vurğulayıb ki, İran Ordusu hazırda yüksək hazırlıq səviyyəsindədir və düşmənin hər hansı yanlış hesablaması əvvəl görünməmiş miqyasda cavabla nəticələnəcək.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki