image-romania-will-shut-down-its-second-nuclear-reactor-on-the-danube-river-on-thursday-three-days-after-decades-low-river-levels-forced-it-to-shut-down-the-firstbackend

Dunay çayında suyun rekord səviyyədə azalması Rumıniyadakı AES-i təhlükə qarşısında qoyub

Dunay çayında suyun səviyyəsinin rekord həddə enməsi Rumıniyanın Çernavoda Atom Elektrik Stansiyasının fəaliyyətinə ciddi təhlükə yaradıb. Stansiyadakı iki reaktordan biri artıq dayandırılıb, qalan reaktorun soyudulması ilə bağlı da narahatlıq yaranıb.

İNFOAZ.MEDİA xəbər verir ki, hakimiyyət orqanları su axınını reaktora yönəltmək üçün çayın dibini dərinləşdirir və daşlarla doldurulmuş barjalardan istifadə edir. Buna baxmayaraq, proqnozlara görə Dunayda suyun səviyyəsi avqustun 16-dək daha da azala bilər.

Çernavoda AES Rumıniyanın elektrik enerjisinə olan tələbatının təxminən 20%-ni təmin edir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki