image-images-39backend

Devid Petreus: Ukrayna Rusiya Qara dəniz donanmasının 35%-ni sıradan çıxarıb

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) sabiq direktoru Devid Petreus Ukraynanın Qara dənizdə əldə etdiyi hərbi uğurlardan danışıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Petreusun sözlərinə görə, Rusiya Krımı işğal etdikdən sonra Ukraynanın faktiki olaraq hərbi dəniz qüvvələri qalmamışdı. O bildirib ki, ukraynalılar hətta onu qoruya bilməyəcəklərini düşündükləri üçün öz flaqman gəmilərini batırmışdılar.

Buna baxmayaraq, Petreus iddia edib ki, Ukrayna indiyədək Rusiya Qara dəniz donanmasının təxminən 35 faizini məhv edib.

Sabiq CIA rəhbəri qeyd edib ki, kəşfiyyat məlumatları Rusiya gəmilərinin yerləşdiyi mövqeləri müəyyən edir, hava dronları hədəfləri dəqiqləşdirir, dəniz dronları isə gəmiləri vurur.

Onun sözlərinə görə, Rusiya donanmanın qalan hissəsini Qara dənizdə Ukraynadan mümkün qədər uzaqda yerləşən limanda saxlayır. Petreus bunu Türkiyənin Montrö Konvensiyasına əsasən boğazlardan hərbi gəmilərin keçidini məhdudlaşdırması ilə əlaqələndirib.

Petreus əlavə edib ki, Ukrayna artıq dəniz dronlarından havaya qalxan pilotsuz uçuş aparatlarından istifadə edir. Bu sistemlər əvvəlcə liman yaxınlığındakı neft emalı zavodlarını və yanacaq anbarlarını hədəfə alır, daha sonra isə həmin limanda qalan hərbi gəmilərə zərbələr endirir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki