image-8de337d5-a8ae-41f5-b0e9-d35da8aa1928backend

DeSantis: “Alligator Alcatraz” miqrasiya saxlanma mərkəzi fəaliyyətini dayandırıb

ABŞ-ın Florida ştatının qubernatoru Ron DeSantis mübahisələrə səbəb olan “Alligator Alcatraz” adlandırılan miqrasiya saxlanma mərkəzinin rəsmi olaraq bağlandığını açıqlayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, DeSantisin sözlərinə görə, mərkəzdə saxlanılan bütün şəxslər ya başqa yerlərə köçürülüb, ya da deportasiya edilib.

Qeyd olunur ki, obyekt fəaliyyət göstərdiyi müddətdə miqrasiya siyasəti və saxlanma şəraiti ilə bağlı geniş ictimai müzakirələrə səbəb olmuşdu.

Florida rəhbərliyi mərkəzin fəaliyyətinin başa çatdığını və hazırda burada heç bir saxlanılan şəxsin qalmadığını bildirib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki