Yunanıstanın müdafiə naziri Nikos Dendias ölkənin Hərbi Hava Qüvvələrinin polkovniklərindən birinin xarici dövlətin xeyrinə casusluq etdiyi iddiası ilə həbs olunduğunu açıqlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Dendias bildirib ki, həmin zabitin həbsinə şəxsən icazə verməli olub. O, söhbətin hansı dövlətdən getdiyini açıq deməsə də, bunun Çin olduğunu eyhamla ifadə edib.
“Yunanıstan Hərbi Hava Qüvvələrinin polkovnikinin böyük xarici dövlətin xeyrinə casusluq etdiyinə görə həbsinə icazə verməli olduğum üçün təəssüfləndim. Hansı dövləti nəzərdə tutduğumu təsəvvür edə bilərsiniz”, – deyə nazir bildirib.
Dendias vurğulayıb ki, belə halların qəbuledilməz olduğunu qeyd edərək, “Xeyr, bu qəbul edilə bilməz. Biz Çinə hörmət edirik, lakin eyni hörməti də onlardan tələb edirik”, – sözlərini əlavə edib.
Jalə
























