Nikos Dendiasbackend

Dendias: 2030-cu ilə qədər Avropanın ən müasir ordularından birinə sahib olacağıq

Yunanıstanın müdafiə naziri Nikos Dendias bildirib ki, ölkə 2030-cu ilə qədər tarixinin ən güclü və ən müasir silahlı qüvvələrini formalaşdırmağı hədəfləyir.

İNFOAZ.MEDİA xəbər verir ki,  Nazirin sözlərinə görə, həyata keçirilən müdafiə proqramları nəticəsində Yunanıstan ordusu təkcə ölkə tarixinin deyil, həm də Avropanın ən müasir silahlı qüvvələri sırasında yer alacaq.

“2030-cu ilə qədər ölkəmiz tarixindəki ən güclü və ən müasir silahlı qüvvələrə sahib olacaq. Hətta deyərdim ki, bu, Avropanın ən müasir ordularından biri olacaq”, – deyə Dendias vurğulayıb.

O qeyd edib ki, bu məqsədə çatmaq üçün silahlı qüvvələrin modernləşdirilməsi və müdafiə imkanlarının gücləndirilməsi istiqamətində islahatlar davam etdirilir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki