Amerikalı politoloq, professor Con Mirşaymer ABŞ və İsrailin İran siyasəti ilə bağlı sərt qiymətləndirmələr səsləndirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Mirşaymer bildirib ki, ABŞ və İsrail qarşıya qoyduqları əsas məqsədlərin heç birinə nail ola bilməyiblər. Onun sözlərinə görə, rejim dəyişikliyi, İranın uranın zənginləşdirilməsi imkanlarının aradan qaldırılması, ballistik raket proqramının məhdudlaşdırılması, eləcə də Tehranın Hizbullah, HƏMAS və husilərə dəstəyinin dayandırılması istiqamətində uğur əldə edilməyib.
Professor qeyd edib ki, İsrail üçün ən mühüm məsələ İranın nüvə proqramıdır və Təl-Əviv bu proqramı dayandıra bilmədiyi üçün ciddi problemlə üz-üzədir.
Mirşaymer əlavə edib ki, İranın gələcəkdə nüvə silahına sahib olması ehtimalı kifayət qədər yüksəkdir. O, həmçinin xəbərdarlıq edib ki, əgər ABŞ və İsrail İranla yeni nüvə sazişi əldə edə bilməsələr, İsrailin İrana qarşı nüvə silahından istifadə etməsi ehtimalı da mövcuddur.
Jalə
























