image-6044377265044393687backend

Çin və İndoneziya Tayvanın şərqində birgə hərbi-dəniz təlimləri keçirəcək

Çin və İndoneziya Tayvanın şərqində nadir birgə hərbi-dəniz təlimləri keçirməyi planlaşdırır.

İNFOAZ.MEDİA xəbər verir ki,  “Financial Times”ın məlumatına görə, bu addım Tayvanın narazılığına səbəb olub. Tayvan tərəfi Pekini sözügedən sulardakı iddialarını legitimləşdirməyə çalışmaqda ittiham edib.

İndoneziya isə təlimlərin adi xarakter daşıdığını və döyüş hazırlığı məqsədli hərbi təlim olmadığını bildirib.

İndoneziya rəsmiləri tədbiri “keçid təlimi” kimi xarakterizə ediblər.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki