Çin ictimaiyyətə ilk dəfə olaraq yük maşınları üzərində quraşdırılmış elektromaqnit təyyarə buraxılış sistemi (EMALS) nümayiş etdirib. Sınaq zamanı bir neçə birləşdirilmiş modul platformadan ibarət katapult vasitəsilə pilotsuz uçuş aparatı uğurla havaya qaldırılıb.
İNFOAZ.MEDİA xəbər verir ki, sistem ən azı üç və ya daha çox yük maşınının birləşdirilməsi ilə formalaşdırılır və qısa müddətdə qurularaq fərqli ərazilərə daşına bilir.
Bildirilir ki, bu katapult konteyner tipli hərbi sistemlər ailəsinin bir hissəsidir. Həmin konsepsiyaya raket kompleksləri, radar sistemləri, radioelektron mübarizə vasitələri və mobil komanda mərkəzləri də daxildir. Bu platformaların həm quruda, həm də gəmilər üzərində yerləşdirilməsi nəzərdə tutulur.
Sistem əsasən uçuş-eniş zolağı olmayan ərazilərdə — adalarda, uzaq bölgələrdə və pilotsuz aparat daşıyıcısına çevrilmiş mülki gəmilərdə dronların istifadəsini təmin etmək üçün hazırlanıb.
Jalə
























