Çində aparılan sınaq zamanı 1,1 tonluq eksperimental maqlev (maqnit yastığı) qatarı 0-dan 800 km/saat sürətə cəmi 5,3 saniyəyə çataraq sürətlənmə üzrə dünya rekordu müəyyən edib.
İNFOAZ.MEDİA xəbər verir ki, sınaq Çinin Hubey əyalətindəki 1 kilometrlik eksperimental trasda keçirilib. Qatar maksimum sürətə çatdıqdan sonra təkmil əyləc sistemi vasitəsilə təxminən 200 metr məsafədə idarəolunan şəkildə dayandırılıb.
Mütəxəssislər bildirirlər ki, bu texnologiya hələ eksperimental mərhələdədir və gələcəkdə yüksək sürətli nəqliyyat sistemləri, eləcə də digər texnoloji tətbiqlər üçün istifadə edilməsi nəzərdə tutulur.
Jalə
























