ABŞ-ın vitse-prezidenti Cey Di Vens “Starlink” və İlon Maskın Rusiya-Ukrayna müharibəsindəki mövqeyi barədə danışıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Vens Maskın özəl şirkətə rəhbərlik etdiyini və ABŞ hökumətinin dəqiq göstərişləri olmadan iki dövlət arasında gedən müharibəyə müdaxilə etmək istəməməsinin başadüşülən olduğunu bildirib.
“İlon Mask özəl şirkət idarə edir. Düşünürəm ki, onun ABŞ hökuməti nə etməli olduğunu faktiki olaraq müəyyənləşdirmədən iki dövlət arasında gedən müharibənin ortasında qalmaq istəməməsi tamamilə başadüşüləndir.
Məncə, məsələ İlonla bağlı deyil. Əsas məsələ ABŞ-ın Rusiya və Ukrayna ilə bağlı siyasətinin necə olacağıdır”, – deyə Vens qeyd edib.
Jalə
























