image-6001090394201984098backend

Cənubi Koreyada qırıcı təyyarə qəzasının səbəbi məlum olub

F-15K qırıcı təyyarələri ilə bağlı 2021-ci ildə baş verən hava toqquşmasının detalları açıqlanıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Cənubi Koreya Hərbi Hava Qüvvələrinə məxsus iki F-15K təyyarəsinin uçuş zamanı havada toqquşmasına pilotların diqqətsizliyinin səbəb olduğu bildirilir. Məlumata görə, pilotlar uçuş zamanı foto və video çəkməklə məşğul olublar.

Hadisə nəticəsində hər iki pilot sağ qalıb, lakin təxminən 600 min dollarlıq maddi ziyan yaranıb.

Araşdırma nəticəsində məlum olub ki, daha yaxşı görüntü əldə etmək üçün edilən manevr təyyarələrin çox yaxınlaşmasına və toqquşmaya səbəb olub.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki