Cənubi Koreya Prezidenti Volodimir Zelenskinin müraciətinə baxmayaraq, Ukraynaya ölümcül silahlar və hava hücumundan müdafiə sistemləri göndərməyəcəyini açıqlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Seul bunun əvəzinə Ukraynaya humanitar yardım və ölkənin yenidən qurulmasına dəstəyi davam etdirəcək.
Cənubi Koreya eyni zamanda Şimali Koreya ilə Rusiyanın artan hərbi əməkdaşlığını pisləyib. Seul hesab edir ki, Moskva ilə Pxenyan arasında hərbi əlaqələrin güclənməsi Cənubi Koreyanın təhlükəsizliyinə təhdid yaradır.
Beləliklə, Seul Ukraynaya siyasi və humanitar dəstəyini davam etdirərkən, birbaşa ölümcül hərbi yardım göstərməkdən imtina edir.
Rauf
























