Ukraynadakı münaqişənin həlli ilə bağlı yeni görüş Cenevrədə genişləndirilmiş formatda keçiriləcək.
İNFOAZ.MEDİA xəbər verir ki, bu görüş əvvəllər Əbu-Dabidə hərbi səviyyədə baş tutan üçtərəfli danışıqların davamıdır. Bu dəfə isə həm hərbi, həm də nizamlamanın digər aspektləri müzakirə olunacaq.
Kreml açıqlayıb ki, danışıqlar 17–18 fevral tarixlərində keçiriləcək və Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva ilə Kiyev arasında yaxın vaxtda razılaşma gözləməyin tez olduğunu, prosesin uzun çəkəcəyini bildirib.
Rauf
























