Pakistanda 5,5 maqnitudalı zəlzələ qeydə alınıb.
bu barədə ölkənin Milli Seysmologiya Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri və dərinliyi ilə bağlı əlavə məlumat açıqlanmayıb.
Məlumata görə, təbii fəlakət nəticəsində ölən və ya xəsarət alanlar, eləcə də dağıntılar barədə hələlik məlumat daxil olmayıb. Yerli hakimiyyət orqanları vəziyyəti nəzarətdə saxlayır.
Qeyd edək ki, bundan bir neçə saat əvvəl – cümə günü axşam saatlarında da Pakistanda 5,3 maqnitudalı zəlzələ baş vermişdi. Milli Seysmologiya Mərkəzinin məlumatına görə, həmin zəlzələnin ocağı 75 kilometr dərinlikdə yerləşib.
























