image-untitled-1backend

“Bravo” marketdə vaxtı keçmiş toyuqla bağlı narazılıq

“Bravo” supermarketlər şəbəkəsinin Təbriz küçəsində yerləşən filialında vaxtı keçmiş toyuq məhsulu ilə bağlı narazılıq yaşanıb.

İNFOAZ.MEDİA xəbər verir ki, müştəri vaxtı keçmiş toyuq məhsulunu aşkar edərək mağaza əməkdaşlarına irad bildirib. Buna cavab olaraq ona məhsula nəzarət edən satıcının xəstə olduğu və işə gəlmədiyi bildirilib.

Müştərinin sözlərinə görə, satıcının işdə olmaması mağazada vaxtı keçmiş məhsulların rəflərdən yığışdırılmamasına haqq qazandırmır.

Bundan sonra mağaza müdiri çağırılıb. Lakin iddiaya görə, rəhbərlik məsələ ilə bağlı izahat vermək əvəzinə hadisə yerinə adi satıcı göndərib. Müştəri “Niyə vaxtı keçmiş toyuqları yığışdırmırsınız?” sualını ünvanladıqda isə satıcının heç bir cavab vermədən ona baxdığı bildirilir.

Hadisə mağazada məhsulların son istifadə tarixlərinə nə dərəcədə nəzarət edilməsi ilə bağlı suallar yaradıb.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Jalə

image-766799374_4328585824119522_7063619245587949477_n-1


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki